Valideyn bilmir
Avtobus haradadır, gecikəcəkmi, uşaq bu gün mindimi — cavab çox vaxt zənglə gəlir.
Valideyn, məktəb və daşıma şirkəti üçün
KidGo məktəb və bağça daşınmasını bir tətbiqdə birləşdirir. Valideyn avtobusu xəritədə görür, sürücü reysi tətbiqdən başladır, şirkət isə təyinat və təsdiqləri bir paneldən idarə edir.

Məktəb daşınması çox yerdə hələ də zənglər, mesaj qrupları və kağız siyahılarla gedir. KidGo bu axını bir yerə yığır.
Avtobus haradadır, gecikəcəkmi, uşaq bu gün mindimi — cavab çox vaxt zənglə gəlir.
Saysız zəng, WhatsApp qrupları və şifahi dəyişikliklər eyni məlumatı bir neçə yerdə saxlayır.
Reys başladımı, kim nəyi dəyişdi, siyahı haradadır — kağız və Excel-də iz itir.
Valideyn, koordinator və daşıma şirkəti avtobusun yerini xəritədə real vaxtda görür.
Uşaq, avtobus, reys və həftəlik cədvəl bir dəfə qurulur. Hər gün siyahı tətbiqdə hazır olur.
Qeydiyyat, dəyişiklik və reysin başlanması təsdiqdən keçir. Hər addım loglanır.
Məktəb, bağça və ya daşıma şirkəti üçün pilot və qoşulma suallarını birbaşa yaza bilərsiniz.